Makale Özeti:
|
Uşaqların inkişafında məktəbəqədər təhsilin böyük rolu var. Uşaq inkişafında böyük xidmətlər göstərən məktəblərdən biri də Montessori məktəbidir. Məqalənin əsas məqsədi Montessori
təhsilinin pedaqoji xüsusiyyətlərini, bu təhsilin əsas prinsiplərini və uşaq inkişafına təsirini izah
etməkdir. Montessori yanaşmasını digər yanaşmalardan fərqləndirən əsas xüsusiyyətlər, uşağın
səhv etmək və bu səhvlərdən nəticə çıxarmaqla müstəqil öyrənməsi, uşağa seçim azadlığı
verməsi, uşaqların ümumi fəaliyyətinə əsaslanan oyun əsaslı öyrənmə, müəllimin fasilitator
olmasıdır. Montessori uşaqların 4 inkişaf mərhələsinin olduğunu bildirdi. Bu mərhələlərin hər
biri məqalədə ətraflı təsvir edilmişdir. Montessori təhsili 3 əsas məqsədə xidmət edir: motor
təhsili, emosional təhsil və dil təhsili. Məqalədə Montessori təhsilinin prinsipləri öz əksini
tapmışdır: uşağa hörmət, ağılla mənimsənilməsi, həssas dövrlər, hərtərəfli təhsil, fərdi
öyrənmə, hərəkət, seçim azadlığı, hazırlanmış təlim mühiti, daxili motivasiya və müstəqillik
prinsipi. Montessori təhsili uşaqlarda müstəqillik və özünə inam yaradır, tənqidi düşünmə
bacarıqlarını inkişaf etdirir, uşaqlarda sosial bacarıqları və emosional inkişafı dəstəkləyir.
Uşaqlarda yaradıcı təfəkkür və təxəyyül inkişaf etdirməklə yanaşı, problem həll etmə
bacarıqlarını və öyrənmə sevgisini də aşılayır. Uşaqların incə motor hərəkətlərini
təkmilləşdirən Montessori üsulu onlarda dil inkişafına da səbəb olur.
|