Fəxri Valehoğlunun Tiflis Quberniyasinda Azərbaycanlilara Qarşi 1905-Ci Il Kütləvi Qirğinlari Kitabı
2014 Uluslararası Türkçe Edebiyat Kültür Eğitim (TEKE) Dergisi Cilt 2013/2, Sayı 4
İngilizce öz
1. Fəxri Valehoğlunun Tərcümeyi-Hali:
Hacıyev Fəxri Valeh oğlu 1978-ci ildə Gürcüstanın Borçalı bölgəsində yerləşən Bolnis
ilçəsinin Darvaz köyündə anadan olmuşdur.
1994-cü ildə M.F.Axundzadə adına 73 saylı Tiflis Azərbaycan orta məktəbini
bitirmişdir. Həmin il Tiflis Dövlət Universitetinin Fizika-Riyaziyyat fakultəsinin “Riyaziyyat-İnformatika” ixtisası üzrə rus bölməsinə qəbul olmuş və 1999-cu ildə fərqlənmə diplomu ilə
başa vurmuşdur. 1999-2002-ci illərdə ali təhsil aldığı universitetdə “Riyazi Analiz” ixtisası üzrə
doktora (aspirantura) təhsilini davam etdirmişdir.
Universitet və Doktora təhsili dövründə Uluslararası təqaüdə və Prezident təqaüdünə
layiq görülmüşdür.